Daşınmaz əmlakın sığorta olunması ilə bağlı görüş keçirilib
Naftalan Şəhər İcra Hakimiyyəti və “PAŞA Sığorta” ASC-nin birgə təşkilatçılığı ilə “Daşınmaz əmlakın icbari sığortası barədə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və "PAŞA Sığorta" ASC-nin Gəncə nümayəndəliyinin rəhbəri və əməkdaşı, o cümlədən şəhərin idarə, təşkilat, müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
"PAŞA Sığorta"nın əməkdaşları tərəfindən yaşayış evlərinin sığorta olunması barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib, bukletlər paylanılıb.
Tədbirin sonunda iştirakçıların sualları ətraflı cavablandırılıb və bir qrup şəhər sakininə "PAŞA Sığorta" ASC tərəfindən sığortalanan daşınmaz əmlaklarının icbari sığorta şəhadətnamələri təqdim edilib.