Şriftin ölçüsü :

Saytın rəngi :

Cüdoçumuz Respublika Olimpiadasında gümüş medal qazanıb

25 iyun 2026 | 16:31

İyunun 23-də Abşeron Olimpiya İdman Kompleksində Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində cüdo yarışı keçirilib.

Yarışda 36 idman məktəbindən 157 oğlan, 53 qız olmaqla 210 məktəbli cüdoçu ümumilikdə 16 çəki dərəcəsində mübarizə aparıb.

Naftalan şəhər Uşaq Gənclər İdman Məktəbinin cüdo bölməsinin yetirməsi Gülşən Şirinova (-40 kq çəki dərəcəsində) yüksək nəticə göstərərək gümüş medal qazanıb.

İdmançımızı və onun məşqçi-müəllimi Fuad Əliyevi təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.

Keçidlər