Şriftin ölçüsü :

Saytın rəngi :

Cüdoçumuz ölkə birinciliyinin medalını qazanıb

22 yanvar 2024 | 15:46

16-19 yanvar 2024-cü ildə paytaxt Bakıda AR.GİN və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə cüdo idman növü üzrə (U-18) yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib.

Birincilikdə iştirak edən Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Naftalan şəhər Uşaq-Gənclər İdman məktəbinin cüdo bölməsinin yetirməsi Şərbətova Zeynəb Rəfail qızı 57 kq çəki dərəcəsində bürünc medal qazanıb.

İdmançımızı və məşqçi-müəllimi Əliyev Fuad Fazil oğlunu təbrik edir, yeni qələbələr arzulayırıq.

Keçidlər