Şriftin ölçüsü :

Saytın rəngi :

Çex Televiziyası Naftalanda çəkilişlərdə

10 noyabr 2022 | 14:37

Çexiyanın ictimai televiziyasının “Xaricdən mənzərələr” proqramının bir hissəsi kimi hazırlanacaq sənədli filmin çəkilişləri üçün sözügedən televiziya kanalının çəkiliş qrupu Azərbaycana səfər zamanı Naftalan şəhərində olublar.

ŞİH-nin başçısı çəkiliş qrupunu qəbul edib, ölkə başçısının diqqət və qayğısı nəticəsində beynəlxalq turizm mərkəzi olan Naftalanın dayanıqlı turizm potensialı barədə geniş söhbət açıb.

Azərbaycana həsr ediləcək “Xaricdən mənzərələr” proqramının buraxılışında Naftalanın sahib olduğu füsunkar təbiətinin, unikal neftin özəlliklərinin işıqlandırılması məqsədilə  çəkiliş qrupu müalicə mərkəzlərinə səfər edib, naftalan nefti ilə yaxından tanış olub, naftalan vannası qəbul ediblər.           

 

Keçidlər