Şriftin ölçüsü :

Saytın rəngi :

“Çətin həyat şəraitinə düşmə riski olan şəxslərin (ailələrin) problemlərinin erkən aşkar edilərək aradan qaldırılması” mövzusunda tədbir keçirilib

28 noyabr 2025 | 14:31

Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının dəstəyi ilə “Çətin həyat şəraitinə düşmə riski olan şəxslərin (ailələrin) problemlərinin erkən aşkar edilərək aradan qaldırılması” mövzusunda tədbir keçirilib

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının məsul əməkdaşları, təhsil işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.1-ci bəndinə uyğun olaraq sosial xidmət istiqamətləri və gözlənilən nəticələr, eləcə də şəhər ərazisində əhaliyə göstərilən sosial xidmətlər barədə məlumat verilib. Qeyd olunub ki, Dövlət Proqramının əsas məqsədi həssas əhali qruplarına göstərilən sosial xidmətlərin keyfiyyət və kəmiyyətinin artırılması, bu xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial səmərəliliyin gücləndirilməsidir.

Bildirilib ki, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı qəbul edilmiş müvafiq normativ hüquqi aktlar əsasında ölkədə çoxspektrli sosial xidmətlər sistemi formalaşdırılıb və bu sistem çətin həyat şəraitində yaşayan şəxslərin müdafiəsi, sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına yönəlib. Eyni zamanda, risk qrupuna aid şəxslərin (ailələrin) problemlərinin erkən aşkar edilməsi və onlara vaxtında sosial dəstəyin göstərilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbir  çərçivəsində iştirakçılara sosial xidmətin formaları və növləri — evdə (səyyar), yarımstasionar (günərzi), stasionar sosial xidmətlər və sosial-məsləhət yardımı barədə dolğun məlumat verilib, mövzu ətrafında müzakirələr aparılıb.

Keçidlər