CBC teleradio şirkəti “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naftalanda çəkilişlər həyata keçirib
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində CBC teleradio şirkətinin çəkiliş qrupu Beynəlxalq Turizm Mərkəzi Naftalanda olub.
Çəkilişlər zamanı Naftalan şəhərinin tarixi, müasir şəhərsalma inkişafı, zəngin turizm potensialı və dünyada analoqu olmayan Naftalan neftinin müalicəvi xüsusiyyətləri haqqında geniş məlumat hazırlanıb. Eyni zamanda şəhərin sanatoriya-kurort infrastrukturu, hotel və müalicə mərkəzlərinin fəaliyyəti, qonaqlara təqdim olunan sağlamlıq və turizm xidmətləri lentə alınıb.
Çəkilişlər çərçivəsində Naftalan Tarix-Diyarşünaslıq Muzeyi və dünyada yeganə olan “Əsa Muzeyi” də ziyarət olunub. Muzeylərdə nümayiş etdirilən eksponatlar, şəhərin zəngin tarixi-mədəni irsi və turizm cəlbediciliyini əks etdirən materiallar çəkilişlərdə xüsusi yer tutub.
Hazırlanan televiziya süjetinin ölkəmizin turizm imkanlarının, Naftalanın unikal müalicəvi və mədəni irsinin, eləcə də şəhərin müasir inkişafının geniş auditoriyaya tanıdılmasına mühüm töhfə verəcək.















