Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsi şəhidinin övladının ad günüdür

02 noyabr 2023 | 18:07

44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Bəhruz Quliyevin övladının 8 yaşı tamam oldu.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəhidlərimizin ailələrinə, qazilərə, göstərdiyi diqqət və qayğını əldə rəhbər tutan Naftalan Şəhər İcra Hakimiyyəti Mədinənin doğum gününü təbrik edib.

İcra Hakimiyyətinin məsul əməkdaşları şəhər rəhbərinin şəhidin ailə üzvlərinə səmimi ürək sözlərini və təbriklərini çatdırıb, balamıza hədiyyələrini təqdim edib.

Şəhidin atası Firuz Quliyev nəvəsinin ad gününün təbrik edilməsini şəhid ailələrinə göstərilən növbəti qayğı kimi qeyd edib.

Keçidlər