Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycan dili və əlifbası günüdür

01 avqust 2024 | 12:15

Naftalan Şəhər İcra Hakimiyyətinin və şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 01 avqust Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş “Ana dilimiz milli-mənəvi sərvətimizdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar iştirak edib.

İlk olaraq Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-ekspozisiyalara baxış keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Azərbaycan dilinin zəngin tarixindən, səlistliyindən ətraflı bəhs edilib, bütün sahələrdə olduğu kimi Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi müstəsna xidmətlərindən söhbət açılıb. Azərbaycan dilinin inkişafı, tətbiqi sahəsinin genişləndirilməsi, yad ünsürlərdən qorunması istiqamətində möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasətindən geniş bəhs edilib. Vurğulanıb ki, ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir.

Keçidlər