“Bravo” şəbəkəsinin əməkdaşları Naftalanda
30 yanvar 2024 | 17:16
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı “Bravo” supermarketlər şəbəkəsinin direktorları Esra Dinç Ilgaz və Wojtek Benn ilə görüşüb.
Qonaqların nəzərinə çatdırılıb ki, Naftalan Beynəlxalq sağlamlıq turizm mərkəzi olmaqla bərabər cənnət Qarabağa giriş məkanlarından biri hesab edilir. Buraya il ərzində 60 ölkədən 40 mindən çox turist səfər edir. Həmçinin, turistlər arasında aparılan rəy sorğularına əsasən Naftalanda əsas məsələ kimi iri ticarət məkanının olmamasıdır.
Şəbəkənin məsul nümayəndələri göstərilən dəstəyə görə minnətdarlıq edib, belə bir layihə ilə Naftalanda olmaqdan məmnun olduqlarını bildiriblər.