Binalarda profilaktik dezinfeksiya tədbirləri aparılıb
22 iyun 2026 | 14:17
Şəhər ərazisində sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlamaq məqsədilə mütəmadi olaraq kompleks tədbirlər və dezinfeksiya işləri aparılır.
Belə ki, şəhərin çoxmənzilli yaşayış binalarının ümumi istifadə yerlərində, girişlərdə, zirzəmilərdə sanitar təmizlik dezinfeksiya işləri aparılmış, müxtəlif infeksiya yarada biləcək təhlükənin qarşısının alınması üçün qabaqlayıcı profilaktik tədbirlər görülmüşdür.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda şəhərin digər ünvanlarında dezinfeksiya işləri davam etdirilir.















