Beynəlxalq Turizm Mərkəzi Naftalana turist axını davam edir
Dövlət tərəfindən turizm sektorunda məqsədyönlü tədbirlərin həyata keçirilməsi bu sektorun davamlı inkişafına səbəb olmuşdur. Möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilən tədbirlər nəticəsində Naftalan Beynəlxalq turizm mərkəzinə çevrilib.
Buraya müalicə və istirahət üçün gələn turistlərin sayı ildən ilə artır. Həm müalicəvi neft vannaları əsasında xəstələrin müalicəsində əldə olunan yüksək təsirli nəticələr, həm də istirahət üçün şəhərdə yaradılan müasir turizm infrastrukturu Naftalanı turistlər üçün daha cəlbedici kurort mərkəzinə çevirib.
Ötən dövrün statistik göstəricilərinə görə, Naftalanın turizm sektorunda inkişaf qeydə alınmışdır. Belə ki, cari ilin altı ayı ərzində şəhərə müalicə və istirahət məqsədilə 22 min nəfərə yaxın turist səfər edib ki, onlardan 9 min nəfəri xarici ölkələrdən gələn turistlər olmuşdur.
Qeyd edək ki, 2025-ci il ərzində Naftalan şəhərinə 44 mindən çox turist səfər etmişdir ki, bunlardan 18 min nəfəri dünyanın 53 ölkəsindən olan vətəndaşlardır.















