Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
09 may 2026 | 11:49
Naftalan Şəhər İcra Hakimiyyətinin və AzQAC-ın Goranboy–Naftalan şəhər bölməsinin təşkilatçılığı ilə 8 May – Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyada ŞİH–nin məsul əməkdaşları, bölmənin sədri və könüllülər iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında keçirilən aksiyada ətraf mühitin qorunmasına töhfə vermək, həmçinin humanitar dəyərləri təşviq etmək məqsədilə müxtəlif ağac tingləri əkilib.
Tədbirin əsas məqsədi ekoloji tarazlığın qorunmasına dəstək göstərmək və cəmiyyət arasında həmrəylik ruhunu gücləndirmək olub.
Sonda iştirakçılar bu cür təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıblar.















