Şriftin ölçüsü :

Saytın rəngi :

“Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilib

11 avqust 2023 | 17:42

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə “Turizmin inkişafında gənclərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə ŞİHB-nın müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru, şəhərdə fəaliyyət göstərən hotel və müalicə mərkəzlərində istirahət edən yerli və xarici turistlər, gənclər iştirak ediblər.

Öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər, gənclərin rəsm işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbir iştirakçılarını salamlayan ŞİHB-nın müavini, gəncləri əlamətdar gün münasibətilə təbrik edib. Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs edib. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Gənclər beynəlxalq turizm mərkəzi sayılan Naftalanın turizm potensialından geniş bəhs edib, turizmin inkişafı ilə bağlı fikir və təklifləri dinlənilib.

Sonda Naftalanın turizm potensialı haqqında gənclərin hazırladığı videoçarx nümayiş olunub, turistlərə hədiyyələr təqdim edilib.

Keçidlər