Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Elmi-Praktik Konfrans çərçivəsində təlim keçirilib

06 oktyabr 2023 | 12:26

06-08 oktyabr 2023-cü il tarixlərində "Naftalan – Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Beynəlxalq Turizm Mərkəzinin İnkişaf Strategiyası" adlı keçiriləcək Beynəlxalq Elmi-Praktik Konfrans çərçivəsində Naftalan şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun təşkilatçılığı ilə

"İnsultun reabilitasiyası və Elektrostimulyasiya” üzrə I regional təlim keçirilib.

Təlimdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Naftalan ŞİH-nin məsul əməkdaşları və Azərbaycanın müxtəlif bölgələrindən həkimlər (nevroloq, reabilitoloq, fizioterapevtlər, ailə həkimləri, orta tibb işçiləri) iştirak edib.

Təlimin məqsədi insultlu xəstələrin reabilitasiyasının təşkili, bu sahədə olan elmi və praktik yeniliklərin praktik həkimlərə çatdırılması olub.

Təlimdə insultlu xəstələrdə udma pozuntularının müalicəsi haqqında Avropada təlim keçmiş həkimlər öz biliklərini paylaşıblar. Eyni zamanda insultlu xəstələrin reabilitasiyasında mühüm yer tutan elektrostimulyasiya növləri ilə təlimləniblər.

Sonda iştirakçılar sertifikatlarla, davamlı tibbi təhsil (DTT) kredit ballarıyla təltif olunublar.

Keçidlər