Şriftin ölçüsü :

Saytın rəngi :

"Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü" ilə bağlı tədbir keçirilib

03 dekabr 2025 | 16:18

3 dekabr - Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə Naftalan Reabilitasiya Mərkəzində “Hər kəs üçün bərabər imkanlar” mövzusunda  tədbir keçirilib.

Tədbirdə İcra Hakimiyyətinin məsul əməkdaşları, Heydər Əliyev Mərkəzinin, Reabilitasiya Mərkəzinin kollektivləri, Naftalanlı bir qrup əlilliyi olan şəxslər, həmçinin respublikamızın müxtəlif bölgələrindən Mərkəzdə müalicə olunan əlillər və qazilər iştirak ediblər.

Öncə iştirakçılar Ulu Öndərin həyat və fəaliyyət istiqamətlərini əks etdirən foto şəkillərdən ibarət sərgi ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən hərtərəfli dövlət qayğısından bəhs olunub. Qeyd edilib ki, bu kateqoriyadan olan vətəndaşların təhsil almaq, peşə hazırlığına yiyələnmək, məşğulluq imkanlarına çıxış əldə etmək, eləcə də tibbi-sosial reabilitasiya xidmətlərindən yararlanmaq hüquqlarının təmin edilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir.

Həmçinin bildirilib ki, əlilliyi olan şəxslərin ictimai həyatda daha fəal iştirakını təmin etmək məqsədilə rəqəmsal xidmətlərin sadələşdirilməsi, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi və onların hüquqlarının müdafiəsinə yönəlmiş maarifləndirici tədbirlərin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Əlillər onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə, ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər.

Tədbir musiqili proqramla davam etdirilib.

Keçidlər