Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Ahıllar günü ilə bağlı tədbir

02 oktyabr 2025 | 14:41

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və şəhər Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Beynəlxalq Ahıllar günü” münasibəti ilə “Ahıllara dövlət qayğısı: sosial siyasətin əsas istiqamətləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, Şəhər Ağsaqqallar Şurasının sədri və üzvləri, ahıllar, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak edib.

Öncə iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən foto-eksponatlarla tanış olublar.

Tədbirdə qeyd olunub ki, dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biri ahılların sosial müdafiəsi, sağlamlıq imkanlarının qorunması və onların cəmiyyətdə fəal iştirakının təmin edilməsidir. Çıxış edənlər Beynəlxalq Ahıllar Günü münasibətilə iştirakçıları təbrik edərək, ahılların gənc nəslin milli-mənəvi dəyərlərlə böyüməsində və cəmiyyətin inkişafında oynadığı əvəzsiz rolu vurğulayıblar. Şəhər ağsaqqalları ölkə rəhbərliyinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Tədbir çay süfrəsi ətrafında davam edib, ahıllara hörmət və ehtiramın milli dəyərlərimizin ayrılmaz hissəsi olduğu bir daha diqqətə çatdırılıb.

Keçidlər