Bayram günlərində Naftalana gələn turistlərin sayı artıb
01 yanvar 2026 | 10:42
Beynəlxalq turizm mərkəzi olan Naftalanda yaradılan müasir turizm infrastrukturu nəinki isti yay aylarında, hətta soyuq qış fəslində də şəhərə gələn turistlərin sayının sürətlə artmasına səbəb olub.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə Naftalana üz tutan yerli və xarici turistlərin sayında əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə artım müşahidə olunub.
Yeni il bayramında qonaqların istirahətinin mənalı və yaddaqalan olması üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif tədbirlər və xüsusi hazırlanmış əyləncəli şou proqramlar təşkil olunub.















