Bayram günlərində Naftalana gələn turistlərin sayı artıb
Naftalan şəhəri həm müalicəvi neftinə, həm də burada yaradılan müasir turizm infrastrukturuna görə nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da turistləri özünə cəlb edir.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə Naftalana üz tutan yerli və xarici turistlərin sayında da xeyli artım müşahidə olunur.
Yeni ildə qonaqların istirahətinin mənalı və yaddaqalan keçməsi üçün otel və müalicə mərkəzlərində tanınmış musiqiçilərin iştirakı ilə konsert və əyləncəli şou proqramlar təşkil olunub. Bundan əlavə turizm müəssisələri tərəfindən ölkəmizin digər bölgələrinə ekskursiyalar təşkil edilib.
Qeyd edək ki, Naftalanda yerləşən müasir otel və müalicə mərkəzlərində bayram günlərində ümumilikdə 2000-dən artıq turist qeydə alınıb ki, onların 400 nəfərdən çoxu 17 xarici ölkədən gələn turistlərdir.