Bayram günlərində Beynəlxalq Turizm mərkəzini 3500 turist ziyarət edib
Naftalan şəhəri həm müalicəvi neftinə, həm də son illər burada yaradılan müasir turizm infrastrukturuna görə il boyu turistləri özünə cəlb etməkdədir. Yerli və xarici turistlər bayram günlərini Beynəlxalq Turizm mərkəzi Naftalanda qarşılamağa üstünlük veriblər.
Novruz bayramı münasibətilə loğman şəhərə üz tutan turistlərin sayında xeyli artım müşahidə olunub.
Qonaqların istirahətinin mənalı və yaddaqalan olması üçün bayram günlərində otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, milli adət-ənənəmizi özündə əks etdirən tədbirlər təşkil olunub, novruz atributları ilə hazırlanmış əyləncəli şou proqramlar təqdim olunub.
Naftalanda yerləşən müasir otel və istirahət mərkəzləri bayram günlərində ümumilikdə 3500 dən çox yerli və xarici turistə xidmət göstərib.