Bahar Muradova Naftalanda vətəndaşların müraciətlərini dinləyib
14 noyabr 2025 | 14:33
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Naftalan şəhərində vətəndaşları qəbul edib
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbul zamanı Naftalan şəhəri, Goranboy və Xocalı rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında hüquqi yardım, övladının müalicəsinə köməklik göstərilməsi, sosial dəstək, atalığın müəyyən edilməsi və digər məsələlər yer alıb.
Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.















