Şriftin ölçüsü :

Saytın rəngi :

Bahar bayramı Şəhid və qazi ailələri ilə birgə

13 mart 2024 | 12:38

Naftalanda Novruz bayramı münasibətilə yel çərşənbəsi günü bayram tədbiri təşkil olunub. Tədbirdə ŞİH-nin başçısı, YAP Naftalan şəhər təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, Ağsaqqallar Şurasının sədri, şəhid və qazi ailələri, turistlər iştirak edib.

Öncə müasir Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən icra başçısı iştirakçıları bayram münasibətilə təbrik edərək vurğulayıb ki, torpaqlarımız azadlığına qovuşduqdan sonra dövlət başçımız Novruz tonqalını cənnət Qarabağda – Şuşada, Suqovuşanda və digər dilbər guşələrdə alovlandırır. Bu bir daha qalibiyyətin təntənəsi olmaqla yanaşı, həm də ulu əcdadlarımızın xatirəsinə, xüsusilə də Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ənənələrə dərin ehtiramın əlamətidir.

Şəhid ailələri, qazilər hər zaman qayğı ilə əhatə olunduqlarına görə öz minnətdarlıqlarını bildiriblər. Bu kimi tədbirlərin keçirilməsinin onlara göstərilən yüksək diqqətin nümunəsi olduğunu vurğulayıblar.

Tədbir Novruz tonqalı ətrafında turistlərin iştirakı ilə böyük coşğu ilə davam etdirilib. Kosa və Keçəlin uşaqlarla şən zarafatları şənliyə xüsusi rəng qatıb.

Tədbir Naftalan ŞİH-nin təşkilatçılığı ilə “Gold Naftalan” müalicə mərkəzində təşkil olunub.

Keçidlər