Şriftin ölçüsü :

Saytın rəngi :

“Azəristiliktəchizat” ASC-nin sədri vətəndaşları qəbul edib

20 dekabr 2025 | 15:06

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin dekabr ayı üzrə qəbul cədvəlinə müvafiq olaraq “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı sakinlərini qəbul edib.

Qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev və Naftalan Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən, şəhər icra hakimiyyəti başçısının müavini Arzu Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Şəhərin Heydər Əliyev mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Keçidlər