Şriftin ölçüsü :

Saytın rəngi :

“Azəristiliktəchizat” ASC-nin rəhbəri vətəndaşları qəbul edib

31 mart 2023 | 13:43

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2023-cü ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azəristiliktəchizat” ASC-nin sədrinin vmie İlham Mirzəliyev Naftalan şəhərində Naftalan, Goranboy və Xocalıdan olan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiram bildiriblər.

Daha sonra qonaqlar Heydər Əliyev mərkəzində olublar, qonaqlara mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Şəhərin Heydər Əliyev mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Cəmiyyətin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər