Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Naftalanda vətəndaşları qəbul edib

01 may 2025 | 17:36

Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov mayın 1-i Naftalan şəhər Heydər Əliyev Mərkəzində Naftalan şəhər, Goranboy və Xocalı rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Qəbuldan əvvəl “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və ŞİH-nin başçısı Vüqar Novruzov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Qəbul zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Sakinlər regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərinə, eləcə də vətəndaşlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər