Şriftin ölçüsü :

Saytın rəngi :

"Azəriqaz" İB-nin baş direktoru Naftalanda vətəndaş qəbulu keçirib

11 dekabr 2025 | 17:17

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Naftalan şəhərində baş tutub.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Birlik rəhbəri qəbula üz tutan 33 nəfər vətəndaşın qaz təchizatı ilə yanaşı, digər problem və təkliflərini də dinləyib. Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul və istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar. Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Gəncə Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.

Keçidlər