Şriftin ölçüsü :

Saytın rəngi :

"Azəriqaz" İB-nin baş direktoru Naftalan şəhərində vətəndaş qəbulu keçirib

04 noyabr 2023 | 16:24

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaş qəbulu keçirilir.

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Naftalan şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev və ŞİH-nin başçısı Vüqar Novruzov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Sonra Birliyin baş direktoru Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Naftalan şəhər, Goranboy, Xocalı və Ağdaş rayonlarından olan ümumilikdə 15 vətəndaşın qaz təchizatı ilə bağlı müraciətlərini dinləyib.

Ünvanlanan müraciətlər əsasən fərdi qazlaşma, işə qəbul və küçə qaz xəttinin çəkilişi ilə bağlı olub. Birlik rəhbəri müraciətlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun icra olunması istiqamətində göstərişlərini verib.

Qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb, bir qismi isə araşdırılması üçün qeydiyyata alınıb. Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər