“Azərbaycanlıların soyqırımı: tarixi həqiqətlər, tarixi faktlar”
Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Azərbaycanlıların soyqırımı: tarixi həqiqətlər, tarixi faktlar” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ermənilərin xalqımıza qarşı yüzilliklər boyu yürütdüyü düşmənçilik siyasətinin tarixi barədə ətraflı məlumatlar verilərək erməni vandallarının törətdikləri qırğınların və qətliamların ağır nəticələri bir daha xatırlanıb. Qeyd edilib ki, 1918-ci ilin mart soyqırımı nəticəsində yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, doğma torpaqlarından didərgin salınmışdır. Vurğulanıb ki, Azərbaycan xalqına qarşı düşünülmüş soyqırım siyasətinə əsl hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verilmişdir.
Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanıldı, şəhidlərimizin, eləcə də soyqırım qurbanlarının qanı yerdə qalmadı, intiqamı alındı.