Azərbaycanda idmanın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
Bu gün nəinki paytaxtda ölkəmizin bütün bölgələrində idmana, bədən tərbiyəsinə diqqət yüksək səviyyədə inkişaf edib, idmanın maddi-texniki bazası möhkəmləndirilib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2023-cü ili “Heydər Əliyev İli” elan edib. Bu il daha məsuliyyətli ildir. İnanırıq ki, bu il idmanın bütün istiqamətlərində uğur qazanacağıq. 2023-cü ildə biz birlikdə daha güclü olduğumuzu yarış meydanlarında da sübut edəcəyik.