Azərbaycan kəlağayı sənəti
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Naftalan Şəhər İcra Hakimiyyəti və “Mirvarid Dilbazi Poeziya Məclisi”nin birgə təşkilatçılığı ilə Kəlağayı günü ilə əlaqədar tədbir keçirilib.
Şəhərin Heydər Əliyev Mərkəzində baş tutan tədbiri giriş sözü ilə İcra Hakimiyyəti başçısının müavini açaraq bu cür tədbirlərin bölgələrdə keçirilməsinin vacibliyindən danışıb.
Tədbir konsert proqramı ilə davam etdirilib. Həmçinin, ''Anam kəlağaylı bir muğamıydı'' kitabının təqdimatı olub.
“Chinar Hotel & Spa Naftalan”da kəlağayıların sərgisi olub. Sərgidə yerli və xarici turistlər qədim kəlağayılarla tanış olublar, onun tarixi, rəngləri, naxışları barədə suallar cavablandırılıb.
Tədbirin keçirilməsində məqsəd kəlağayının əvvəlki şöhrətini qaytarmaq, populyarlığını artırmaqdır. Noyabrın 1-dən başlayan tədbirlər digər şəhər və rayonlarda noyabrın 26-dək davam etdiriləcəkdir.