Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarında görüş keçirilib

19 iyun 2025 | 15:07

Görüşdə Naftalan Bələdiyyəsinin sədri Elman Verdiyev, məsul əməkdaşlar, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının İcraçı Katibi Əli Əkbərli, Kənd Bələdiyyələri Milli Assosiasiyasının İcraçı Katibi Vüsal Paşayev, Bələdiyyə Onlayn Xidmət Mərkəzinin direktoru Adil Əhmədov, Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin nəzarətçisi Ceyhun Qasımov, Analtik təhlil və informasiya təminatı şöbəsinin müdiri Rəşad Musayev, Yerli inkişaf layihələri ilə iş və beynəlxalq əlaqələr şöbəsinin müdiri Əmrah İmanov iştirak edib.

Görüşdə Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemində olunan yeniliklər, yerli vergilər (bələdiyyə) və ödənişlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyində edilən dəyişikliklərlə bağlı müzakirələr aparılıb.

Sonda iştirakçıları maraqlandıran suallar məsul şəxslər tərəfindən cavablandırılmışdır.

Keçidlər