Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Naftalanda vətəndaşları qəbul edib

17 iyun 2022 | 16:32

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov iyunun 17-də Naftalan şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Saleh Məmmədov və Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan “29 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçirilən qəbulda Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarının olan vətəndaşlarının müraciət və şikayətlərinə baxılıb.

Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər