AVF-nın nümayəndəsi ilə görüş keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətində Azərbaycan Voleybol Federasiyasının qərb bölgəsi üzrə nümayəndəsi Elvar Osmanovla görüş keçirilib.
Görüşdə ŞİH başçısı Vüqar Novruzov və ŞİH-nin məsul əməkdaşları iştirak edib.
Görüş zamanı, Naftalanda yeniyetmə və gənclər arasında voleybol idman növünə marağın artırılması, Naftalan şəhər Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən UGİM-in voleybol bölməsinin inkişaf etdirilməsi və gələcək planlar barədə söhbət açılıb. İcra başçısı Naftalan UGİM-in Voleybol bölməsinin məşqçi – müəllimlərinin inkişafı üçün gələcəkdə Federasiya tərəfindən regionlarda təlim-seminarların təşkil edilməsini tövsiyə edib.
Sonda Federasiya rəhbərliyi tərəfindən göndərilmiş simvolik voleybol topu təqdim edilib.