Şriftin ölçüsü :

Saytın rəngi :

Aşıq Alının adı əbədiləşdirilib

14 iyul 2025 | 14:46

Qərara əsasən şəhərin mərkəzi küçələrindən birinə Aşıq Alının adı verilməsi onun xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycan aşıq sənətinin ən parlaq simalarından biri Qərbi Azərbaycanın Göyçə Mahalının Qızılvəng kəndində anadan olan Aşıq Alıdır. Ustad aşıq sözünün çəkisi, sənətinin böyüklüyü ilə zamanın saz-söz meydanının qəhrəmanlarından biri olub, el-obada "əli qılınclı" şair adlanardı.

Göyçə və digər bölgələrdə az ailələr tapılar ki, orada Aşıq Ələsgərin ustadı olan Aşıq Alının insanlığı, bir şəxsiyyət kimi yüksək keyfiyyətləri, onun apardığı möhtəşəm məclislər barədə bilməsin. Bir sözlə, bütün aşıqsevərlərin Aşıq Alıya, nəhəng söz ustadına böyük sevgisi və məhəbbəti var.

Qeyd edək ki, Aşıq Alının adı verilmiş küçənin girişinə asılmış lövhədə azərbaycan və ingilis dillərində onun həyat və yaradıcılığı ilə bağlı məlumat əks olunub.

Keçidlər