Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Nizami Gəncəvi adına Naftalan şəhər Mərkəzi kitabxanın dəstəyi ilə şəhərdə fəaliyyət göstərən V.Namazov adına 280 yerlik Körpələr evi-Uşaq bağçasında 2 aprel Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar görüş keçirilib.
Görüşdə bildirilib ki, 1805-ci il aprelin 2-də uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersen anadan olub. 1967-ci ildən etibarən yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb. Məqsəd isə uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir.
Tədbirdə sərgilənən kitablar uşaqlarda böyük maraq doğurub.















