Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidimizin xatirəsi anılıb

25 dekabr 2023 | 16:46

Şanlı Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş mayor Vaqif Bayramovun doğum günü qeyd edilib.

Naftalan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidimizin ailə üzvləri, yaxınları şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Şəhidin ailəsi dövlətimiz tərəfindən şəhid ailələrinin hər zaman qayğı ilə əhatə olunduğunu qeyd edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Vaqif Dilqəm oğlu Bayramov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, şəhid Vaqif Bayramovun qardaşı Mehman Bayramov Birinci Qarabağ müharibəsində şəhid olub.

Keçidlər