Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel Şəhidi Vaqif Bayramovun doğum günü qeyd edilib

27 dekabr 2022 | 17:39

Naftalanda Aprel döyüşləri zamanı ölümsüzlüyə qovuşan, adını tarixə yazdıran şəhid Vaqif Bayramovun doğum günü qeyd edilib.  

Naftalan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaları, şəhidin ailə üzvləri, yaxınları şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Şəhidin məzarı üstündə uşaq musiqi məktəbinin şagirdlərindən ibarət Kapitan Vaqif Bayramov adına “Vətənpərvərlər” qrupu kompozisiya ilə çıxış ediblər.

Şəhidin ailəsi göstərilən diqqət və qayğıya, oğlunun əməyinin qiymətləndirilərək 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmasına görə ölkə Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, şəhid Vaqif Bayramovun qardaşı Mehman Bayramov Birinci Qarabağ müharibəsində şəhid olub.

Keçidlər