Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi mayor Vaqif Bayramovun xatirəsi ehtiramla anılıb

06 aprel 2024 | 16:51

Şanlı hərbi qələbəmiz olan Aprel döyüşləri dövlətimizin gücünü göstərməklə yanaşı, Azərbaycan xalqının və dövlətinin heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa edəcəyini bir daha nümayiş etdirdi. Aprel döyüşləri qazanılan Tarixi Zəfərin başlanğıcı idi. Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi, xalqımızın iftixar yeridir.

Naftalan ŞİH-nin, Goranboy-Naftalan təhsil sektorunun birgə təşkilatçılığı ilə “Aprel Döyüşləri – Tarixi Zəfərə gedən şanlı yol” mövzunda tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, şəhər Ağsaqqallar Şurasının sədri, idarə müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, təhsil işçiləri, şəhidin ailə üzvləri iştirak edib.

İlk olaraq tədbir iştirakçıları Aprel döyüşləri zamanı şəhid olmuş mayor Vaqif Bayramovun məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Tədbir şəhidin təhsil aldığı şəhər İ. Nəsimi adına 1 nömrəli tam orta məktəbdə ədəbi-bədii proqramla davam etdirilib.

Şəhidin ailə üzvləri çıxış edərək onlara, eləcə də bütün şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Şəhid mayor Vaqif Dilqəm oğlu Bayramov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Vaqif Bayramovun qardaşı Mehman Bayramov Birinci Qarabağ müharibəsində şəhid olub.

Keçidlər