Anım Günü ilə əlaqədar Naftalanda abadlıq işləri həyata keçirilir
21 sentyabr 2026 | 16:53
27 sentyabr-Anım Gününün keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq şəhidlərin xatirəsinə ucaldılmış “Vətən Uğrunda Həlak Olanların Memorial Kompleksi”ndə, şəhidlərin adına inşa edilmiş bulaqların, xatirə lövhələrinin, həmçinin məzarların ətrafında təmizlik işləri aparılıb, gül kolları əkilib.















