Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb

15 aprel 2026 | 15:57

Naftalan Şəhər İcra Hakimiyyətinin, şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı “Ömürlərə sevinc, gözlərə nur paylayan insan”adlı tədbir keçirilib.

Tədbirdə ŞİH başçısının müavini Kəmalə Hüseynova, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin baş həkimi Mehriban Qəmbərova və digər ziyalılar iştirak edib.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dərin ehtiramlarını bildiriblər.

Çıxış edən natiqlər akademik Zərifə Əliyevanın elmi irsi, mənəvi dünyası, həyat fəlsəfəsi insani keyfiyyətləri və oftalmologiya elminin inkişafına verdiyi töhfələr haqqında danışıblar. Zərifə Əliyevanın mənalı və şərəfli ömür yolundan, tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən, qazandığı uğurlardan söhbət açılıb, ləyaqətli insan, qayğıkeş ana kimi onun əziz xatirəsinin daim əbədi yaşayacağı vurğulanıb.

Sonda Zərifə xanım Əliyevanın elmi fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Keçidlər