Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb

15 aprel 2023 | 11:56

Naftalan Şəhər İcra Hakimiyyətinin, şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİHB-nın müavini və əməkdaşları, Naftalan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru, YAP Naftalan şəhər təşkilatının sədri, tibb işçiləri və ziyalılar iştirak edib.

Tədbir iştirakçıları Zərifə xanım Əliyevanın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dərin ehtiramlarını bildiriblər.

Çıxış edən natiqlər Azərbaycanın ən tanınmış simalarından olan tibb elmləri doktoru, akademik, görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə xanım Əliyevanın keçdiyi mənalı və şərəfli həyat yolundan, zəngin elmi irsindən, peşə və ictimai fəaliyyətindən bəhs edərək qeyd ediblər ki, tibb tariximizdə silinməz iz qoymuş Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işləri olmuşdur. Həmçinin bildirilib ki, Zərifə xanım Əliyeva bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratmış qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşayacaq.

Sonda Zərifə xanım Əliyevanın elmi fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Keçidlər