Şriftin ölçüsü :

Saytın rəngi :

Aida xanım İmanquliyevanın xatirəsi anılıb

19 sentyabr 2025 | 12:03

Naftalan Şəhər İcra Hakimiyyəti və şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ərəbşünaslıq elminin parlaq siması, ilk azərbaycanlı qadın- ərəbşünas, elmlər doktoru, professor, Aida İmanquliyevanın anım günü ilə bağlı əziz xatirəsinə həsr edilən “Ərəbşünaslıq elminin zirvəsində” adlı tədbir keçirilib.

Təbirdə Naftalan ŞİHB-nın müavini və məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının sədrləri, təhsil və mədəniyyət  müəssisələrinin rəhbərləri,   ziyalılar,  gənclər iştirak edib.

Öncə Aida xanım İmanquliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə görkəmli alim Aida xanım İmanquliyevanın zəngin elmi irsi və şərəfli ömür yolu haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, professor Aida İmanquliyeva fundamental araşdırmaları ilə yalnız Azərbaycan şərqşünaslıq elmini deyil, həm də dünya şərqşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirib, müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni mərhələnin əsasını qoyub.

Onun yüksək ixtisaslı ərəbşünas kadrların yetişdirilməsində göstərdiyi xidmətlər xüsusi vurğulanıb. Aida xanımın fəaliyyəti sayəsində Azərbaycan şərqşünaslıq elmi beynəlxalq səviyyədə tanınıb və nüfuz qazanıb.

Professor Aida xanım İmanquliyeva elmə və cəmiyyətə verdiyi dəyərli töhfələrlə Azərbaycan qadınının yüksək intellekt və ziyalılıq rəmzinə çevrilib. Onun parlaq xatirəsi bu gün də böyük ehtiramla anılır.

Tədbirdə Aida xanım İmanquliyevanın həyat və fəaliyyətindən bəhs edən videomaterial nümayiş olunub.

Keçidlər