Şriftin ölçüsü :

Saytın rəngi :

AHİK bayram sovqatları paylayıb

20 mart 2024 | 11:54

Bahar bayramı müstəqil və suveren Vətənimizin hər guşəsində xoş ovqatla, böyük təmtəraqla qeyd olunur. Möhtərəm Prezidentimiz tərəfindən Xankəndidə alovlandırılan Zəfər tonqalı əzəmətli Qələbəmizin sevinci Novruz bayramını daha da təravətləndirib.

Novruz bayramı münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən göndərilmiş ərzaq məhsullarından ibarət sovqatlar Naftalanda aztəminatlı, şəhid və qazi ailələrinə çatdırılıb.

Bayram sovqatı alanlar göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Keçidlər