Şriftin ölçüsü :

Saytın rəngi :

AHİK bayram sovqatları paylayıb

20 mart 2023 | 15:50

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Novruz bayramı münasibətilə göndərilmiş ərzaq məhsullarından ibarət sovqatlar Naftalanda I qrup əlillərə çatdırılıb.

Sovqatlar Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan kateqoriyadan olan şəxslərə təqdim edilib.

Bayram sovqatı alan ailələr göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Keçidlər