Şriftin ölçüsü :

Saytın rəngi :

ADSEA sədri Naftalan şəhərində vətəndaş qəbulu keçirib

15 may 2026 | 14:54

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Naftalan şəhərində vətəndaş qəbulu keçirib.

Qəbuldan əvvəl ADSEA sədri Zaur Mikayılov və Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Qəbul Naftalan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında təşkil olunub.

Görüş zamanı Naftalan şəhəri, Goranboy, Xocalı və digər rayonlardan olan vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb.

Keçidlər