Şriftin ölçüsü :

Saytın rəngi :

ADRA-nin nümayəndələri Naftalanda olub

07 oktyabr 2024 | 14:22

ŞİH-nin başçısı Vüqar Novruzov  Naftalan şəhərinə ezam olunmuş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin bir qrup əməkdaşını qəbul edib.

Görüş zamanı reklamların qanunvericilik aktlarının tələblərinə uyğunluğunun yoxlanılması və bundan irəli gələn tədbirlərin görülməsi, həmçinin, onların şəhərin ümumi estetik görünüşü ilə ahəngdarlıq təşkil etməsinin vacibliyi vurğulanıb, görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Naftalanda müasir, innovativ reklam qurğularının quraşdırılması üçün ADRA tərəfindən yeni konsepsiya hazırlanacaq.

Monitorinq zamanı qonaqlar şəhərin açıq məkanlardakı reklam lövhələrinə baxış keçirmişlər.

Keçidlər