Şriftin ölçüsü :

Saytın rəngi :

ADİİXİHİ Naftalan şəhər Komitəsinin hesabat yığıncağı keçirilib

22 aprel 2024 | 16:47

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsinin hesabat yığıncağı keçirilib.

Tədbirdə ŞİH-nin məsul əməkdaşları, ADİİXİHİ Naftalan şəhər Komitəsinin sədri, dövlət idarələri həmkarlar ittifaqının üzvləri iştirak edib.

Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi ehtiramla anılıb.

Naftalan şəhər Komitəsinin sədri Ulduzə Aslanova geniş hesabat məruzəsi ilə çıxış edib. Qeyd edilib ki, təşkilatın fəaliyyəti Azərbaycan Respublikasının qanunları və ADİİXİHİ-nin nizamnaməsi əsasında tənzimlənir. Hesabat dövründə şəhər Komitəsinin hesabına daxil olan üzvlük haqları ayırmalar üzrə xərclənib və aidiyyəti üzrə köçürülüb.

Sonra Təftiş Komissiyasının hesabatı dinlənilib və təşkilati məsələlər müzakirə olunub.

Digər çıxış edənlər şəhər Komitəsinin fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.

Ulduzə Aslanova Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının VII qurultayına nümayəndə seçilib.

Keçidlər