Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunun Şəhid ailələri və qaziləri Naftalanda müalicə olunur

02 avqust 2022 | 15:36

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab  İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən Müharibəsində qazandığı Zəfər tariximizin ən parlaq səhifələrindən biri kimi xalqımızın milli iftixar və qürur mənbəyinə çevrilib. Vətənimizin ərazi bütövlüyünün qorunması, torpaqlaırmızın işğaldan azad olunması uğrunda canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət və cəmiyyət  tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir.

Abşeron Rayon və Naftalan Şəhər İcra Hakimiyyətlərinin birgə təşəbbüsü ilə Abşeron rayonundan bir qrup Şəhid ailəsi və qazilər “Gold Naftalan” Müalicə və Sağlamlıq Mərkəzində müalicə alırlar.

Naftalan ŞİHB-nin başçısı mərkəzdə Şəhid ailələri və qazilərlə görüşüb, onların şəraiti ilə yaxından tanış olub. Çay süfrəsi ətrafında davam edən səmimi söhbət zamanı icra başçısı qeyd edib ki, ölkəmizdə bütün imtiyazlı ailələr, xüsusən də torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bacı və qardaşlarımızın ailələri, onların övladları, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, onların ailə üzvləri daim dövlətimizin diqqətindədir. Həm möhtərəm Prezidentimiz cənab İlham Əliyev, həm də birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva hər an onların sosial-məişət problemlərini diqqət mərkəzində saxlayır.

Görüş zamanı şəhid ailələri və qazilər işğaldan azad olunmuş torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərindən qürurla danışaraq ölkə rəhbərliyinə onlara daim göstərilən yüksək diqqətə görə öz dərin minnətdarlıqlarını bildirdilər.      

Qeyd edək ki, Abşeron RİH-nin və Naftalan ŞİH-nin birgə  layihəsi əsasında şəhid ailələri və qazilərin Beynəlxalq Turizm Mərkəzi olan Natalanda fəaliyyət göstərən Müalicə və Sağlamlıq Mərkəzlərində müalicəsi və istirahəti mütəmadi olaraq davam etdiriləcəkdir. 

Keçidlər