Şriftin ölçüsü :

Saytın rəngi :

Abadlıq-quruculuq işləri davam etdirilir

12 yanvar 2024 | 16:34

Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı diqqət mərkəzində olmaqla bərabər bu istiqamətdə daima kompleks tədbirlər həyata keçirilir.

Naftalan şəhərində də abadlıq-quruculuq, təmir-bərpa və yaşıllıq zolaqlarının salınması işləri şəhər İcra Hakimiyyəti tərəfindən diqqət mərkəzində saxlanılır, ardıcıl həyata keçirilir. Görülən işlər nəticəsində turizm şəhərinin siması əhəmiyyətli dərəcədə dəyişir.

Hazırda şəhərin müxtəlif ərazilərində abadlıq-quruculuq işləri aparılır. Görülən işlər çərçivəsində şəhərin Heydər Əliyev prospektində yerləşən yol dairəsi yenilənərək yeni aqlay üzlük vurulub, gül kolları əkilib, dairənin ətrafına günəş enerjili yerüstü solar işıqlar quraşdırılıb. Həmçinin vətəndaşların müraciətləri əsasında çoxmənzilli yaşayış binalarının qarşısında söhbətgahlar quraşdırılır.

Yaşıllaşdırma işləri çərçivəsində şəhərin müxtəlif ərazilərində mövsümə uyğun yeni gül kolları əkilir.

Şəhər ərazisində aparılan abadlıq-quruculuq, təmir-bərpa və yaşıllıq işləri davamlı xarakter daşıyır.

Keçidlər