Şriftin ölçüsü :

Saytın rəngi :

Abadlıq-quruculuq işləri aparılır

27 oktyabr 2023 | 14:05

Ölkə başçısının göstəriş və tövsiyələrinə uyğun olaraq Naftalan şəhərində abadlıq-quruculuq işləri genişlənib. İrimiqyaslı layihələri icra olunur, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, yeni yaşıllıq zolaqları salınır, mövcud park, küçə və prospektlər abadlaşdırılır.

Hazırda vətəndaşların rahat hərəkəti üçün səkilərin çəkilməsi işləri davam etdirilir. Bundan əlavə bir sıra çoxmənzilli yaşayış binalarının bloklarında təmir işlərinə başlanılıb. Həmçinin parklarda, yol kənarlarında müxtəlif növ ağac və gül kolları əkilir, yaşıllıqlar zənginləşdirilir.

Şəhər İcra Hakimiyyətinin başçısı şəhər ərazisində aparılan abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olub və aidiyyəti şəxslərə müvafiq tövsiyələr verib.

Keçidlər