Şriftin ölçüsü :

Saytın rəngi :

AAYDA-nın İdarə heyətinin sədri Naftalanda vətəndaşları qəbul edib

18 mart 2026 | 17:06

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli martın 18-də Naftalan Şəhər Heydər Əliyev Mərkəzində Naftalan şəhəri və Goranboy rayonunun sakinlərini qəbul edib.

Qəbuldan əvvəl İdarə Heyətinin sədri Vüsal Nəsirli və Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Qəbul zamanı vətəndaşların müraciətləri əsasən avtomobil yollarının vəziyyəti, yolların əsaslı təmiri və yenidən qurulması, eləcə də məşğulluq məsələləri ilə bağlı olub.

Görüş çərçivəsində vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin operativ araşdırılması və həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Keçidlər